Azərbaycanın neft və qaz ixracından gəlirləri artıb | Banco.az

Azərbaycanın neft və qaz ixracından gəlirləri artıb

Bu ilin yanvar-iyul ayları ərzində gömrük bəyannamələrinə əsasən Azərbaycan 19 milyon 554 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu həcmdə məhsulun dəyəri 9 milyard 541 milyon 342 min ABŞ dolları təşkil edib.

İxrac olunan məhsulun həcmi ötən ilin müvafiq dövründən 17,4%, dəyəri isə 9,97% çoxdur.

Xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının bu ilin yeddi ayında Azərbaycanın ümumi ixracında payı 77,78% olub.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın qaz ixracından gəliri 68% artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 6 milyard 709 milyon 659 min kubmetr həcmində təbii qaz ixrac edib. Bu həcmdə təbii qazın dəyəri 1 milyard 262 milyon 496 min ABŞ dolları təşkil edib.

Bu ilin yeddi ayında ixrac edilən təbii qazın həcmi ötən ilin müvaviq dövründən 65,7%, dəyəri isə 68% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,29% olub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et