Azərbaycanın neft-qaz sektoruna yatırılan investisiya 100 milyard dolları aşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 121 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--over-time.tpl.php).

Azərbaycanın neft-qaz sektoruna yatırılan investisiya 100 milyard dolları aşıb

Bu vaxtadək ölkənin neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb ki, bunun da, təxminən 85 milyard dolları xarici investisiyanın payına düşür.

Bunu Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxışı zamanı bildirib.

P.Şahbazov qlobal enerji transformasiyası prosesinin bərpaolunan enerji və enerji səmərəliliyinin rolunu gücləndirdiyini, son illərdə dünyada enerji istehlakında elektrik enerjisinin payının artdığını söyləyib. Bərpaolunan enerjidən istifadə sahəsində və enerji səmərəliliyində əhəmiyyətli nəticələrə və elektroenergetika sektorunda bazar münasibətlərinin yaradılmasına nail olmağı ölkəmizin hazırkı və gələcək enerji siyasətinin hədəfləri kimi qeyd edib.

Nazir enerji siyasətimizin bu hədəflərinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib. Hazırda bu istiqamətdə görülən işlər, hazırlanan yeni qanunlar və ölkənin enerji sektorunun uzunmüddətli inkişaf strategiyası ilə bağlı planlar diqqətə çatdırılıb.

Marja