Azərbaycanın neft kəmərlərində itkiləri kəskin azalıb | Banco.az

Azərbaycanın neft kəmərlərində itkiləri kəskin azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub, bu da illik müqayisədə 27,8% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,8 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayında Azərbaycanda magistral neft kəmərləri ilə 17 747,1 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% açoxdur. Nəqletmənin 79,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 14 111,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8% çox).

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,3 min ton itki olub, bu da illik müqayisədə 17,9% çoxdur. Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i BTC ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram