Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 13 milyard 785 milyon 636 min ABŞ dolları dəyərində 22 milyon 268 min ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7%, neftin həcmi isə 1,8% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 46,98% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!