Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin birinci yarısında 7 milyard 12 milyon 103 min ABŞ dolları dəyərində 11 milyon 98 min ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1%, neftin həcmi isə 13,4% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 54,35% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!