Azərbaycanın neft ixracından qazancı 4 milyard dolları ötüb | Banco.az

Azərbaycanın neft ixracından qazancı 4 milyard dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-aprel aylarında 4 milyard 364 milyon 589 min ABŞ dolları dəyərində 6 milyon 928 min ton neft ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6%, neftin həcmi isə 25% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 53.43% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram