Azərbaycanın neft ixracından gəlirləri azalıb | Banco.az

Azərbaycanın neft ixracından gəlirləri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-fevral aylarında 2 milyard 826 milyon 58 min ABŞ dolları dəyərində neft ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 424 milyon 618 min dollar və ya 13,1% azalıb. Ötən ilin ilk 2 ayında ixrac edilən neftin dəyəri 3 milyard 250 milyon 676 min dollar təşkil edib. 

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 59,12% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et