Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar ayında 863 milyon 453 min ABŞ dolları dəyərində neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 534 milyon 294 min dollar və ya 38,2% azalıb. Ötən ilin yanvarında ixrac edilən neftin dəyəri 1 milyard 397 milyon 747 min dollar təşkil edib.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 46,83% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!