Azərbaycanın neft ixracından gəlirləri açıqlandı | Banco.az

Azərbaycanın neft ixracından gəlirləri açıqlandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında 9 milyard 444 milyon 800 min ABŞ dolları dəyərində 15 milyon 540 min ton neft ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın neft ixracından gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,8%, neftin həcmi isə 5,3% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 45,46% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram