Azərbaycanın neft ixracından gəlirləri 60 faizdən çox artıb | Banco.az

Azərbaycanın neft ixracından gəlirləri 60 faizdən çox artıb

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 19,514 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Azərbaycan hesabat dövründə 14,897 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 60,13 faiz çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 50,46 faiz təşkil edib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram