Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan 350 milyon 428 min dollar dəyərində 348 min 747 ton meyvə-tərəvəz ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6.8%, həcmi isə 13.8% artıb.
Qeyd edək ki, cari ilin birinci yarısında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.95%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.76%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
