Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb | Banco.az

Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb

Azərbaycanın 2021-ci ilin yanvar-noyabr aylarında məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,5 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,4 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Braziliya və Fransa, 1,3 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal edilib.

trend.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et