Azərbaycanın mebel idxalı 3% artıb | Banco.az

Azərbaycanın mebel idxalı 3% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 67 milyon 114 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyon 489 min dollar və ya 2,7% artıb.

Ötən ilin eyni dövründə ölkəyə 65 milyon 625 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ilk 6 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,76% bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram