Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycan MDB ölkələrinə 120 milyon 234 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 milyon 583 min ABŞ dolları (19,5%) çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 436 milyon 219 min ABŞ dolları dəyərində olub.
Bu isə 2024-cü ilin ilk ayına nisbətdə 115 milyon 191 min dollar və ya 35,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 100,7 milyon ABŞ dolları, idxalının dəyəri isə 321 milyon ABŞ dollarına bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!