Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla MDB ölkələri arasında 1 milyard 917 milyon 636 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Bu barədə  Dövlət Gömrük Komitəsindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır.

    Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,3 %-ni təşkil edib.

    Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 1 milyard 308 milyon 456 min ABŞ dolları (1 il əvvələ nisbətən 5,7 % az), Ukrayna ilə 152 milyon 922 min ABŞ dolları (44,6 % çox), Türkmənistanla 150 milyon 614 min ABŞ dolları (49,2 % az), Belarusla 137 milyon 63 min ABŞ dolları (22,1 % çox), Qazaxıstanla 87 milyon 269 min ABŞ dolları (47,9 % az), Özbəkistanla 50 milyon 944 min ABŞ dolları (6,9 % az), Qırğızıstanla 24 milyon 728 min ABŞ dolları (2,7 dəfə çox), Moldova ilə 3 milyon 422 min ABŞ dolları (15,3 % az), Tacikistanla 2 milyon 208 min ABŞ dolları (78,2 % çox) olub.

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram