Azərbaycanın maliyyə sektorunda işçilərin 10%-i ixtisar olunub | Banco.az

Azərbaycanın maliyyə sektorunda işçilərin 10%-i ixtisar olunub

Bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10,06%-i və ya 3,4 min nəfəri ixtisara düşüb. Cari ilin iyul ayında maliyyə sahəsində çalışan muzdlu işçilərin orta aylıq sayı 30,4 min nəfər təşkil edib. Banco.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, may ayında isə bu göstərici 33,8 min nəfər olub.

Maliyyə sahəsində çalışan işçilərin 8%-i və ya 2,7 min nəfəri sığorta sahəsinin payına düşüb. Bu sahədə hesabat dövründə işçilərin 200 nəfəri ixtisar olunub. Xatırladaq ki, may ayından başlayan azalma ardıcıl olaraq davam edir. 

Ən sərfəli kredit üçün müraciət et

Statistikaya əsasən, son 25 il ərzində maliyyə sahəsində muzdla çalışan işçilərin sayında ən yüksək göstərici 2014-cü ildə (30,9 min nəfər), ən aşağı göstərici isə 1998-ci ildə (5,4 min nəfər) qeydə alınıb.