Azərbaycanın lizinq şirkətinə yeni səhmdar gəlib | Banco.az

Azərbaycanın lizinq şirkətinə yeni səhmdar gəlib

"Financeleasing" ASC-nin səhmdarı olan 14 fiziki şəxsdən biri payını satıb. Bu barədə Şirkətin İdarə Heyətinin sədri Elşad Nəsibov məlumat verib.

Onun sözlərinə görə, söhbət nizamnamə kapitalında 38 min manatlıq və yaxud 3,17%-lik paya malik olan Gülnarə Ələsgər qızı Qafarovadan gedir. O, payını yeni səhmdara - Azad Nəriman oğlu Cəbrayılova satıb. Bununla əlaqədar lizinq şirkətinin nizamnaməsinə dəyişiklik edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Financeleasing" 2007-ci ilin may ayından fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 1,2 mln. manatdır. Onun səhmlərinin 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyevə, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova, qalan 33,2%-i isə digər 9 fiziki şəxsə məxsusdur. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et