Azərbaycanın kriptovalyuta ticarəti platforması beynəlxalq serverlərə - İNTEQRASİYA OLUNUB | Banco.az

Azərbaycanın kriptovalyuta ticarəti platforması beynəlxalq serverlərə - İNTEQRASİYA OLUNUB

Süni intellekt əsasında çalışan “Cryptoyote” kriptovalyutaların ticarəti platforması beynəlxalq serverlərə inteqrasiya olunub.

Bunu  layihənin rəhbəri Orxan Əhmədov deyib.

Onun sözlərinə görə, sistem qeydiyyat üçün acıqdır və hazırda sınaq mərhələsində istifadəçilər hesab aca bilərlər. 

“Müəyyən texniki problemlər birjalar tərəfindən müşahidə olunur ki, onların həlli istiqamətində işlər aparılır”, - deyə O. Əhmədov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki “Cryptoyote” süni intellekt əsasında çalışan botdur. Bu həll kriptovalyuta bazarındakı vəziyyəti təhlil edərək müəyyən proqnoz verir. Proqnoz əsasında kriptovalyutanı nə vaxt almaq və satmaq lazım olduğunu görmək mümkündür. Bu proses tam olaraq avtomatlaşdırıb. Gələcəkdə “Cryptoyote”un tətbiq sahəsi genişləndiriləcək. 

Apa

Ən sərfəli krediti almaq üçün müraciət et