Azərbaycanın kredit reytinqinin salınması əslində nədən xəbər verir? | Banco.az

Azərbaycanın kredit reytinqinin salınması əslində nədən xəbər verir?

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, Azərbaycanın bank sisteminin yaxın gələcəkdə çətin günlər keçirəcəyini proqnozlaşdırmışdı. Azərbaycan banklarının aktivlərinin keyfiyyətinin pisləşəcəyi güman olunur.

Iqtisadçı ekspert- Samir Əliyev agentliyin neqativ hesabatına öz münasibətini bildirib.

Azərbaycanın bank sistemi üzrə proqnozun aşağı salıması gözlənilirdi. O baxımdan ki, ilin əvvəlində reytinq agentlikləri ayrı-ayrı bankların reytinqini təsdiq edəndə bu ehtimalı qeyd edirdilər. Əsas səbəb kimi neft gəlirlərinin azalması və devalvasiya fonunda bankların aktivlərinin pisləşməsi, kapital çatışmazlığı və valyuta mövqeyinin pisləşməsi idi. Bank sektoru üzrə proqnozun aşağı salınmamasına ölkənin suveren reytinqinin stabil olması da dəstək verirdi. Ancaq bəzi banklarda artıq proqnoz neqətivə salınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bəs bu proqnoz banklarımızın xaricdən kredit resurslarına çıxışını əngəlləyəcəkmi?

Moody’s tərəfindən bank sektoru üzrə proqnozunun aşağı salınması yeganə olmayacaq.  Böyük ehimalla digər agentliklər də oxşar addımları atacaqlar. Bu addımın ardınca ayrı-ayrı bankların proqnozunun aşağı salınmasını müşahidə edəcəyik. Ən əsası proqnozun aşağı salınması Azərbaycan banklarının xaricdə resurs cəlb etmək imkanlarını çətinləşdirəcək. Cəlb edilən resursların dəyərini artıracaq və bu da ölkənin kredit bazarına təsir göstərəcək. Yəni kredit faizlərinin ucuzlaşmasına əngəl ola bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et