Azərbaycanın kredit reytinqi təsdiqləndi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın kredit reytinqi təsdiqləndi

“Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb. Bu barədə agentliyin açıqladığı məlumatda qeyd edilir.

Məlumata görə, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində müəyyən edib. Reytinq üzrə proqnoz isə sabitdir.

S&P aşağı neft qiymətləri fonunda Azərbaycan üçün orta iqtisadi göstəricilərin qeydə alınacağını proqnozlaşdırır: “2018-ci ildə zəifləməyə baxmayaraq fiskal balans olduğu kimi qalacaq. 2019-2022-ci illərdə iqtisadi artım davam edəcək və xarici balansda az da olsa profisit qeydə alınacaq”.

Report.az