Azərbaycanın kredit reytinqi təsdiq edilib | Banco.az

Azərbaycanın kredit reytinqi təsdiq edilib

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini əvvəlki səviyyədə təsdiq edib.

"Moody's"ə istinadən xəbər verilir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", reytinq üzrə proqnoz isə "neqativ" səviyyəsində saxlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, agentlik Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3"-dən "Ba1"-ə endirib, reytinq üzrə proqnozu isə "stabil" saxlayıb. Ötən il aprelin 29-da isə kredit reytinqi üzrə proqnoz "neqativ"ə endirilib. Bu il fevralın 12-də isə Agentlik Azərbaycanın reytinqinə bir daha baxıb və onu sabit saxlayıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et