Azərbaycanın kərə yağı ixracından qazancı 13 dəfə artıb | Banco.az

Azərbaycanın kərə yağı ixracından qazancı 13 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 69.7 mln. ABŞ dolları dəyərində kərə yağı ixrac edib. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, bu, illik müqayisədə 64.3 milyon dollar və ya 12.9 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə kərə yağı ixracının ümumi dəyəri 5.4 milyon dollara bərabər olub. 

Qeyd edək ki, cari ilin 11 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (186,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (168,9 milyon ABŞ dolları) ikinci, tomat (155,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram