Azərbaycanın ixracının dəyəri 24 mlrd. dolları ötüb | Banco.az

Azərbaycanın ixracının dəyəri 24 mlrd. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 2,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə "Banco.az"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 14,6 % artıb.

Hesabat dövründə ölkənin yeyinti məhsulları üzrə ixracı 571,4 milyon ABŞ dollarına bərabər olub. O cümlədən elektrik enerjisi ixracı 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 %, şəkər ixracı 17,9 %, meyvə-tərəvəz ixracı isə 7,4 % artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram