Azərbaycanın ixracından gəlir əldə etdiyi məhsulların sayı artıb | Banco.az

Azərbaycanın ixracından gəlir əldə etdiyi məhsulların sayı artıb

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan 206 milyon 170,8 min dollar dəyərində 213 911 ton çəkidə meyvə-tərəvəz ixrac edilib.

Ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 12,8 faiz azalıb.

Təkcə may ayında 93,9 min ton meyvə-tərəvəz ixracı baş tutub və bir ay ərzində bu ixracdan 74,6 milyon dollar gəlir əldə edilib. Azərbaycan ötən ilin may ayı ilə müqayisədə meyvə-tərəvəz ixracının həcmini 28,8 faiz azaldıb.

Ölkənin meyvə-tərəvəz ixracının əsasını təşkil edən məhsullar aşağıdakılardır:

Kartof - 50 min tona yaxın çəkidə, 21,4 milyon dollar dəyərində ixrac baş tutub. Kartof ixracına may ayından etibarən başlanılıb. Ötən ilin eyni dövründə isə ölkədən kartof ixracının həcmi qeydə alınmayıb.  

Tomat (pomidor) - 76 min ton çəkidə (ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisədə) 27,6 faiz az); İxracdan əldə edilən gəlir - 87 milyon dollar (illik müqayisədə 29,3 faiz az).

Meşə fındığı - 6,4 min ton çəkidə (illik müqayisədə 24,7 faiz az); İxracdan əldə edilən gəlir - 38,6 milyon dollar (illik müqayisədə 26,1 faiz az).

Alma - 24,1 min ton çəkidə (illik müqayisədə 15,3 faiz çox); İxracdan əldə edilən gəlir – 10,5 milyon dollar (illik müqayisədə 19,3 faiz çox).

Ən sərfəli kredit üçün müraciət et

Mövsümlə əlaqədar xurma məhsulunun ixracı baş tutmayıb. Məhsulun ixracı mart ayında yekunlaşıb.

Xurma - 42,3 min ton çəkidə; İxracdan əldə edilən gəlir - 31,9 milyon dollar. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk dörd ayı ilə müqayisədə 2,3 dəfə çox olub.

Nar - 1,91 min ton; İxracdan əldə edilən gəlir - 3 milyon dollara yaxın. May ayında ixrac cəmi 1 ton çəkidə (2 500 dollar dəyərində) artırılıb.

oxu.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et