Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 16 milyard 917 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 284 milyon dollar və ya 24,1% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 7,5% artaraq 8 milyard 784 milyon ABŞ dollarına, idxalı isə 48,8% artaraq 8 milyard 132 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 651.8 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,1 dəfə az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!