Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104 milyon dollar və ya 70,5% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 64,8% artaraq 3 milyard 38 milyon ABŞ dollarına, idxalı isə 79,7% artaraq 2 milyard 52 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 40,5% çox olub.
Bizi sosial şəbəkələrdən izləyin!!