Azərbaycanın İtaliyaya neft satışından qazancı 7%-dək azalıb | Banco.az

Azərbaycanın İtaliyaya neft satışından qazancı 7%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında İtaliyaya 5,8 milyard dollar dəyərində 9,2 milyon ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 412 milyon 933 min dollar və ya 6,6% azalıb.

İtaliyaya neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 10,6% artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 8,4 milyon ton neft satıb. 

Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub. İlk 10 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 13,5 milyard dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram