Azərbaycanın İtaliyaya neft satışından qazancı 4 mlrd. dollara çatıb | Banco.az

Azərbaycanın İtaliyaya neft satışından qazancı 4 mlrd. dollara çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında İtaliyaya 3.9 milyard dollar dəyərində 6.2 milyon ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 756  milyon 631 min dollar və ya 16.1% azalıb.

İtaliyaya neft ixracının həcmi də ötən ilin yanvar-avqust aylarına nisbətdə 17.6% azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 7.6 milyon ton neft satıb. 

Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub. İlk 10 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 6.96 milyard dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et