Azərbaycanın istehlak bazarı 8% azalıb | Banco.az

Azərbaycanın istehlak bazarı 8% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,8 milyard manat olub.

Bu, ötən ilin eyni dövrünə nisbətən 8,2% azdır.

Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri illik müqayisədə 8% azalaraq 3,7 milyard manat olub, onun da 47,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 382 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram