Azərbaycanın istehlak bazarı 4%-dək artıb | Banco.az

Azərbaycanın istehlak bazarı 4%-dək artıb

2024-cü ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan malların və göstərilən xidmətlərin dəyəri 5,6 milyard manat olmaqla 2023-cü ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 3,8 faiz artıb.

Banco.az  bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilən xidmətlərin dəyəri 2023-cü ilin yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq 5,4 milyard manata bərabər olub, onun 47,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram