Azərbaycanın istehlak bazarı 4% böyüyüb | Banco.az

Azərbaycanın istehlak bazarı 4% böyüyüb

2024-cü ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 10,7 milyard manat olmaqla 2023-cü ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 4,0 faiz artıb.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilən xidmətlərin dəyəri 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4,0 faiz artaraq 10,3 milyard manata bərabər olub onun 46,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram