Azərbaycanın istehlak bazarı 4% azalıb | Banco.az

Azərbaycanın istehlak bazarı 4% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 mlrd. manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,2% azalaraq 11,1 mlrd. manata bərabər olub, onun 47,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et