Azərbaycanın İsrailə neft satışından qazancı 145 milyon dollar azalıb | Banco.az

Azərbaycanın İsrailə neft satışından qazancı 145 milyon dollar azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İsrail bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 1 milyard 206 milyon 977 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 145 milyon dollar və ya 10,7% azdır.

Hesabat dövründə İsrailin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 7,4% artaraq 2 milyon tona yaxınlaşıb. 

Qeyd edək ki, İsrail həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi 2-ci ölkədir. Ötən ilin eyni dövründə İsrail bu siyahıda 3-cü olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et