Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-noyabr aylarında İspaniyaya 142 milyon 979 min dollar dəyərində 250 min 395 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 557,6 milyon dollar və ya 79,6% (4,9 dəfə) azalıb.
İspaniyaya neft ixracının həcmi isə ötən ilin 11 ayına nisbətdə 4,4 dəfə azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İspaniyaya 1,1 milyon ton neft satıb.
Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!