Müəllif: Gülnar Əhmədli, Banco.az
İspaniya 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 142 milyon 979 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 557 milyon 599 min dollar və ya 4,9 dəfə azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İspaniyanın idxal etdiyi neftin həcmi 250 min 395 ton olub.
Bu isə illik müqayisədə 863 min 789 ton və ya 4,4 dəfə azdır. 2023-cü ilin yanvar-noyabr aylarında İspaniyaya ixrac edilən neftin həcmi 1,1 milyon ton, dəyəri isə 700 milyon 578 min tona bərabər idi.
Qeyd edək ki, 2024-cü ilin 11 ayında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!