Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında İspaniyaya 142 milyon 979 min dollar dəyərində 250 min 395 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 557 milyon 599 min dollar və ya 4,9 dəfə azalıb.
İspaniyaya neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 4,4 dəfə azalıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə İspaniya ən çox neft ixrac etdiyimiz 4 ölkədən biri idi.
Bizi sosial şəbəkələrdən izləyin!!