Azərbaycanın iri şəhərində yeni bazar istifadəyə verilib | Banco.az

Azərbaycanın iri şəhərində yeni bazar istifadəyə verilib

Noyabrın 21-də Mingəşevirin Energetiklər yaşayış massivində Bələdiyyə bazarının açılışı olub. 

Cari ilin iyun ayında Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi layihəyə əsasən bələdiyyəyə dövlət tərəfindən subsidiya  (maliyyə vəsaiti) ayrılıb və bazar binasının tikintisinə başlanıb. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi qəsəbədə mövcud olan küçə ticarətinin qarşısını almaq, şəhər bazarındakı sıxlığı azaltmaqdır. 

Ən sərfəli kredit üçün müraciət et


Şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayev bildrib ki, yaxın kəndlərin sakinləri öz məhsullarını burda rahatlıqla sata biləcəklər və əsas da küçə ticarətinin qarşısı alınacaq.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et