"Azərbaycanın iri banklarının bazardakı mövqeləri daha da güclənib" | Banco.az

"Azərbaycanın iri banklarının bazardakı mövqeləri daha da güclənib"

Azərbaycanda bank sektorunun təmərküzləşməsi davam edəcək.

Bunu “Moody’s” beynəlxalq reytinq agentliyi bəyan edib. 

Qurum hesab edir ki, son illər Azərbaycanda 15 bankın bağlanması, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılması, “PAŞA Bank", "Kapital Bank" və “Xalq Bank” kimi iri bankların xidmət səviyyəsini qaldırmaq üçün atdığı addımlar adlları çəkilən maliyyə qurumlarının bazardakı mövqelərini daha da gücləndirib.

“4 ən iri bank 2017-ci ildən mənfəətlə işləyir, ABB də dövlət dəstəyi tədbirləri sayəsində gəlirlərinin ən yüksək həddə çatdığını açıqlayıb. Sektordakı mənfəətin əsas hissəsi bu bankların payına düşür, yerdə qalan banklar isə ən azı 2016-cı ildən zərərlə işləyib ki, nəticədə kapitala daim təzyiq olması, aktivlərin ləng artması, iri banklarla aradakı fərqlərin daha da böyüməsi ortaya çıxır”, – deyə agentliyin açıqlamasında qeyd olunub. 

Ən sərfəli kredit üçün müraciət et

“Moody’s” həmçinin bəyan edib ki, kiçik bankların bazara təsiri az, iri şirkətlərlə əlaqələri zəif olduğundan onlar kiçik və orta sahibkarlara, pərakəndə ticarət kimi daha riskli sahələrə üz tutur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et