Azərbaycanın investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır | Banco.az

Azərbaycanın investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır

Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə  Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 2 manat olan 210 000 ədəd adi səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. AZ1001019954 nömrəsi ilə qeydiyyata alınan səhm emissiyası Şirkətə 420 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. Səhmlər qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Xalq Kapital İnvestisiya Şirkəti" "Xalıq Bank" ASC-nin 100% törəmə müəssisəsi, "Xalq Kapital" MMC-nin hüququ varisidir. Şirkət 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq yenidən qurulub, adını və təşkilati-hüquqi formasını dəyişib. 420 min manatlıq kapital ona həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərməyə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin sonuna yaxın təsdiq olunmuş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”a əsasən, investisiya şirkətləri yardımçı xidmətlər üçün minimum 75 min manat, əsas xidmətlər üçün isə minimum 300 min manat nizamnamə kapitalına malik olmalıdır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et