Müəllif: Gülnar Əhmədli, Banco.az
İndoneziya 2025-ci ildə Azərbaycandan 111 milyon 456 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 67 milyon 7 min dollar və ya 37,5% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi 228 min 989 ton olub. Bu isə illik müqayisədə 81 min 844 ton və ya 26,3% azdır.
2024-cü ildə İndoneziyanın idxal etdiyi neftin miqdarı 310 min 833 ton, dəyəri isə 178 milyon 463 dollar təşkil edirdi.
Qeyd edək ki, 2025-ci ildə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
