Azərbaycanın İKT sektorunda yaranmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi dəyişib | Banco.az

Azərbaycanın İKT sektorunda yaranmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi dəyişib

Azərbaycanın İKT sektorunda 2018-ci ildə yaranmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 1,4 faiz təşkil edib ki, bu göstərici də 2017-ci ilin nəticələri ilə müqayisədə 0,1 faiz bəndi azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici rabitə sektoru üzrə 2018-ci ildə (2017-ci illə müqayisədə) 0,1 faiz bəndi azalaraq cari ilin yanvarın 1-nə 1,2 faiz təşkil edib.

Hesabat ilində ölkədə İKT müəssisələri tərəfindən əsas kapitala yönəldilmiş investisiyalarının həcmi 183,7 mln. manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 8 faiz çoxdur. İKT sektorunda yaradılmış əlavə dəyərin həcmi 2018-ci ildə 1.112,0 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisini 7,1 faiz üstələyir. Rabitə sektoru üzrə bu göstərici ötən il ərzində 3,7 faiz artaraq 923,4 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il üzrə Azərbaycanda İKT-nin inkişaf indeksi 6,33 təşkil edib, halbuki 2017-ci ildə bu göstərici 6,2 olub.

Vergiler.az