Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb | Banco.az

Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 210,2 milyon manatlıq məhsul istehsal edilib.

 Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.

Təkcə noyabrda isə bu sektorda 219,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5,6 % çoxdur.

Bu ilin ilk 11 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,9 % təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 116 milyard 320,1 milyon manatlıq və yaxud illik müqayisədə 1,6 % çox ÜDM istehsal olunub.