Azərbaycanın idxalında böyük artım – VALYUTA XARİCƏ AXIR, SALDO AZALIB | Banco.az

Azərbaycanın idxalında böyük artım – VALYUTA XARİCƏ AXIR, SALDO AZALIB

2019-cu ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  2 milyard 302 milyon 364 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, idxal əməliyyatları üzrə 1 milyard 22 milyon 719 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 279 milyon 645 min ABŞ dolları ticarət reallaşıb.

İDXAL İXRACDAN DAHA ÇOX ARTIB

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 milyard 727 milyon 332 ABŞ dolları, o cümlədən idxal  688 milyon 625 min ABŞ dolları, ixrac 1 milyard 38 milyon 707 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ötən ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında idxal 334 milyon dollar və ya 48,5%, ixrac isə 241 milyon dollar və ya 23,2% artıb. Göründüyü kimi idxalın artması ixracı artmasını üstələyib. 

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin Yanvarında saldo 256 milyon 925 min dollar təşkil edib. 2018-ci ilin yanvarında saldo 350 milyon 81 min dollar olmuşdu.

Qeyd edək ki, 2018-ci ilin ötən bir çox aylarında da Azərbaycanın aylıq ixracı 1 milyar dollardan yüksək olmuşdu.

İxracın artım sürətinin aşağı düşməsi neftin ucuzlaşması ilə bağlıdır.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et