Azərbaycanın icmal büdcəsinin gəlirləri 14% artırılır | Banco.az

Azərbaycanın icmal büdcəsinin gəlirləri 14% artırılır

Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln. manat və ya 14,1% çoxdur.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir. 

İcmal büdcənin xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7% və ya 1 051,0 mln. manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur.

Dəyişikliklərin Milli Məclisin iyunun 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri mütləq ifadədə 16 766 mln. manat həcmində proqnozlaşdırılır, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1 041 mln. manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq.

Mənbə: Apa.az