Azərbaycanda bu ilin yanvar-aprel aylarında icbari sığorta növlərinin hesabına 155 milyon 767 min manat sığorta haqqı toplanılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, icbari sığorta növləri üzrə sığorta daxil olmaları ötən ilin 5 ayı ilə müqayisədə 43,4% və ya 47,1 milyon manat artıb.
Hesabat dövründə icbari sığortalar üzrə ödənişlərin məbləği isə 2022-ci ilin yanvar-may aylarına nisbətdə ilin eyni dövrü ilə müqayisədə 6,9% və ya 2,6 milyon manat artaraq 41,1 milyon manata çatıb.
Əlavə edək ki, ötən ilin eyni dövründə icbari sığortalar üzrə yığımların məbləği 108,6 milyon manat, ödənişlərin məbləği isə 38,4 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!