Azərbaycanın icbari sığorta bazarı 41%-dən çox artıb | Banco.az

Azərbaycanın icbari sığorta bazarı 41%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında icbari sığorta növlərinin hesabına 227 milyon 933 min manat sığorta haqqı yığılıb. 

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Hesabat ayları ərzində sığorta yığımlarının məbləği ötən ilin ilk 8 ayı ilə müqayisədə 66 milyon 701 min manat və ya 41,4% artıb.

Qeyd edək ki, icbari sığortalar üzrə ödənişlərin məbləği isə illik müqayisədə 8 milyon 303 min manat və ya 13,1% artaraq 71 milyon 657 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram