Azərbaycanın icbari avtosığorta bazarı oktyabrda 1% azalıb | Banco.az

Azərbaycanın icbari avtosığorta bazarı oktyabrda 1% azalıb

Bu ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 79 683 müqavilə qeydiyyata alınıb. Bu barədə İSB-dən bildirilib.

Bunların 9 975-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Oktyabrda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 mln. manatdan çox olub.

Ötən ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5%, sığorta haqlarının məbləğində isə 1,0% azalma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği sentyabr ayı ilə müqayisədə 1,2% artaraq 82,4 manat təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 870 047 sığorta müqaviləsi bağlanıb. Bağlanılan müqavilələr üzrə sığorta daxilolmaları 69,6 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2%, sığorta haqlarının məbləğində isə 7% artım müşahidə olunub.

Mənbə: Report.az