Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin birinci yarısında (yanvar-iyun ayları) 7 329 ədəd hibrid avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən hibrid avtomobillərin dəyəri 159 milyon 582 min dollar olub.
Bunlar illik müqayisədə müvafiq olaraq 1 111 ədəd və 2.6 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 63.4% artaraq 753 milyon 304 min dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!