Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana yanvarda 1 235 ədəd hibrid avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən hibrid avtomobillərin dəyəri 40 milyon 205 min dollar olub.
Bunlar illik müqayisədə müvafiq olaraq 302 ədəd və 19 milyon 146 min dollar (1,9 dəfə) çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 10,5% artaraq 113,4 milyon dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!