Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 40 milyon 66 min dollar və ya 49,7% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Gürcüstana qeyri-neft ixracının dəyəri 120 milyon 707 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 80 milyon 641 min dollar olub.
Qeyd edək ki, ilk 3 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 862 milyon dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
